MSS

​8 noyabr – Zəfər Günüdür

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etmişdir. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, […]

Ölkədə korporativ yaşıl biznesin idarəedilməsi sistemləri üzrə yeni dövlət standartı qəbul edilib

Yeni dövlət standartının tətbiqi müəssisə və təşkilatlarda yaşıl biznes modelinə keçidi asanlaşdıracaq, onların qlobal bazarda daha rəqabətqabiliyyətli olmasına geniş imkanlar yaradacaq. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ tərəfindən AZS 962:2024 “Yaşıl biznesin idarəedilməsi sistemləri” yeni dövlət standartı qəbul edilib. Yeni dövlət standartı özündə müəssisə və təşkilatların ətraf mühitə mənfi […]

14 oktyabr Beynəlxalq Standartlaşdırma Günüdür

Bu ilin devizi: “Standartlar şəhərləri daha dayanıqlı edir” 1946-cı ilin oktyabrın 14-də 25 ölkənin nümayəndəsi standartlaşdırma üzrə milli qurumların fəaliyyət güclərinin birləşdirilməsi və işlərinin koordinasiyasını həyata keçirmək üçün yeni təşkilatın yaradılması məqsədilə Böyük Britaniyanın paytaxtı Londonda toplaşıb. Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) isə rəsmi olaraq bir il sonra fəaliyyətə başlayıb. Bu günün standartlaşdırma günü kimi qeyd […]